Студопедия
Случайная страница | ТОМ-1 | ТОМ-2 | ТОМ-3
АвтомобилиАстрономияБиологияГеографияДом и садДругие языкиДругоеИнформатика
ИсторияКультураЛитератураЛогикаМатематикаМедицинаМеталлургияМеханика
ОбразованиеОхрана трудаПедагогикаПолитикаПравоПсихологияРелигияРиторика
СоциологияСпортСтроительствоТехнологияТуризмФизикаФилософияФинансы
ХимияЧерчениеЭкологияЭкономикаЭлектроника

Qaraca qız

Piri kişi qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri ğirib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyibheybətli bir halət ilə ona tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında uzandı, əlini yalamağa başladı. Bu vaxt qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün qara köpəyi tanımayıb qışqırdı. Onun səsinə Piri kişi cəld içərigirib dedi:

- Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun?

- Baba, burada ayı var.

- Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var? Sonra Qara köpəyə: “çəkil” – deyib onu bayıra qovladı.

- Yat, qızım,hələ tezdir.

- Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.

- Çox yaxşı edirsən, qızım, adamgərək sənər tezdən dura ki, bədəni sağlam ola.

Qaraca qız paltarını geyib dedi:

- Baba, əl- üzümü harada yuyum?

- Budur, daxmamızın yanında su axır, get orada yu.

Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ qoydu, sonra çaydandan iki fincan çay töküb süfrəyə qoydu. Bu vaxt Qaraca qız üzünü yuyub içəri girdi.

- Al, qızım, üzünü sil, otur çay içək.

- Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl- üzünü qurudub süfrəyə oturdu, hər ikisi yeyib- içməyə məşğul oldular.

Çaydan sonra Piri kişi Qaraca qıza dedi:

- Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün meyvə dərək.

Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir cəvərən verdi. Evdən bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya – bulaya Qaraca qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni onun boynundan asdı. Qara köpək başını bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə keçirdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi:

- Qızım, zəhmət çəkmə. Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə yatmaz.

- Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.

Bunu deyib Qaraca qız Qara köpəyin qabağında çöməldi və onun gözlərinə baxaraq dedi:

- Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür.

Qaraca qız cəvərəni yerə onun boynuna saldı. Bu dəfə Qara köpək cəvərəni yerə salmayıb Qaraca qızın üzünə baxa- baxa yanınca getdi. O da sevincək dedi:

- Afərin, Qaraca köpəyim! Baba, gördünmü?

- Görürəm, qızım və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər məndən başqasının əmrinə tabe olmamışdı. Indi isə hətta cəvərəni də aparır.

- Hələ bu nədir ki, baba, gör ona nələr öyrədəcəyəm. Mən qaraçı dəstəsində olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə ğörmüşəm, ancaq baba, adam heyvanı əzizləyə- əzizləyə öyrətməlidir, yoxsa döymək ilə bir şey olmaz. Amma qorxutmağın eybi yoxdur. Bax, Yusif ayını döydü, o da onu parçaladı.

Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.

İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmğin oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.

 

Упражнение. Переведите на азербайджанский язык следующие предложения:

1. Книга, прочитанная Ахмедом, лежит на столе. 2. Мальчик, ушедший в школу, пока не вернулся. 3. Хлопкоробы, перевыполнившие план, награждены. 4. Студенты, окончившие институт, распределены по различным районам республики.

 

Упражнение. Допишите предложения, вставив сказуемые по смыслу.

1. Aşılmış qapı..... 2. Görüşən dostlar..... 3. Dəhlizdə gəzən..... 4. Teatra gedən tələbələr. 5. Yorulmuş adam..... 6. Yazdığım ərizə..... 7. Olmuş hadisə..... 7. Təmir olunmuş mənzil. 8. Yuduğum paltar..... 9. Qurumuş yarpaq..... 10. Dinlədiyin musiqi......

 

Упражнение. Переведите.

1. Yaşıl yarpaqların arasında qırmızıyanaq almaları görəndə balaca Sevincin ağzı sulandı (B. Həsənov). 2. Qoçaq alpinistlər sal qayalara dırmandılar. 3. Yazı dərsində düzgün, gözəl, təmiz və səliqəli yazmağı öyrənirik. 4. Bütün insanlar varlı və şən həyat sürməlidirlər. 5. Məktəblilər qızmar günəş altında qaynar qumun üstündə uzandılar. 6. Yaşadığımız hündür evin pəncərələri uca dağlara açılır.

 

Упражнение. Составьте предложения со словами:

Pambıq, ot, meşə, çiçək, duz, üz, motor, dil, kamal, meyvə, yağmur, yağ, tufan, könül.


Дата добавления: 2015-10-26; просмотров: 148 | Нарушение авторских прав


Читайте в этой же книге: Классификация азербайджанских согласных звуков. | Самостоятельные части речи. | Kərpickəsən qoca | Azərbaycan | Грамматические темы. | Poçt qutusu | Изменение имен существительных по лицам в местном и исходном падежах. | Azərbaycanın musiqi mədəniyyəti tarixindən | Uuml;zeyir Hacıbəyov |
<== предыдущая страница | следующая страница ==>
Ah və xidmətçi| Ccedil;ƏRİŞƏHƏR

mybiblioteka.su - 2015-2024 год. (0.007 сек.)