Студопедия
Случайная страница | ТОМ-1 | ТОМ-2 | ТОМ-3
АвтомобилиАстрономияБиологияГеографияДом и садДругие языкиДругоеИнформатика
ИсторияКультураЛитератураЛогикаМатематикаМедицинаМеталлургияМеханика
ОбразованиеОхрана трудаПедагогикаПолитикаПравоПсихологияРелигияРиторика
СоциологияСпортСтроительствоТехнологияТуризмФизикаФилософияФинансы
ХимияЧерчениеЭкологияЭкономикаЭлектроника

Ah və xidmətçi

Keçmiş zamanlarda bir şah varmış. Bu şah həmişə bir neçə qüvvətli köpək saxlarmış. Şahın bir nəfərə acığı tutanda onu itlərə atarmış. İtlər də o saat onu parçalayar, dağıdıb yeyərmiş.

Şahın cavan bir xidmətçisi də vardı. Cavan fikirləşirdi ki, cəllad şah bir gün qəzəblənib onu da itlərə atdıracaqdır. Buna görə də o, itlərə baxan xidmətçi ilə dostlaşdı. Cavan hər dəfə itlərin yanına gələndə özü ilə bir parça ət gətirər və köpəklərə atardı. İtlər cavanı gördükdə onu mehribanlıqla qarşılayardılar.

Günlərin birində zülmkar şahın cavan xidmətçiyə acığı tutur. Əmr edir ki, onu itlərə atsınlar. Cəllad gəncin əl- qolunu bağlayıb, onu itlərə atır. Lakin itlər onu dərhal tanıyır, quyruqlarını bulayaraq boyunlarını bükürlər. Sonra itlərin hamısı gənci dövrəyə alıb, sanki onu şahın bəlasından qorumaq istəyirlər.

 

Упражнение. Спишите, вставляя союзы və, ilə, da,də

1. Bizim bağda alma..., armud..., ərik..., heyva... yetişir. 2. Hər kəs böyük həvəslə yaşamaq... yaratmaq istəyir. 3. Könül... Gülşən bacıdırlar. 4. Məktəblilərlə görüşə bəstəkar... şairlər gəlmişdi. 5. Bizdən qəzet... jurlallarda çox yazdılar. 6. Əminə..., Solmaz... mənim yaxın yoldaşlarımdır.

 

Упражнение. Спишите, вставляя союзы və, da,də.

1. Müəllim tələbələrin..., Məşədi bəyin... tanımadığı böyük Sabir idi. (M. Hüseyn)

2. Xəbər aldım ilk bahardan

O... səni verdi nişan.

(N. Rəfibəyli)

3. Qurban... belə getdi (A. Şaiq). 4. Fəxranın... bu günlərdə on bir yaşı tamam oldu. 5. O məni... unutmamışdı (Ə. İ).

6. Cahangirlər dünyasından

Qalmasın bir yadigar...

Qoy ağlar..., qaralar...

Səadətlə nəfəs alsın.

(S. Vurğun)

 

Упражнение. Переведите предложения.

1. Zəfərşan və Kərim dərsə birlikdə hazırlaşırdılar. 2. Rəşid kitab və dəftərləri çantaya qoydu. 3. Qüdrət fikirləşdi ki, Vəfa işə gələ bilməyəcək. 4. Səyavuş ilə İlham yarışda fərqləndilər. 5. Bu dağlar da, dərələr də bizimdir. 6. Özüm söz vermişəm, amma gütməyəcəyəm. 7. Rəşid bu gün hökmən gəlməlidir, çünki sabah dərslər başlanır. 8. Müəllim Sədaqətdən keçmiş dərsi soruşdu, ancaq o dərsə hazır deyildi. 9. Səməndər stansiyaya getdi, lakin qatar gecikirdi.

 

Упражнение. Спишите, раскрывая скобки.

1. Dost dosta dar gün (də) lazımdır. 2. Bizim rayonumuz (da) gürcülər(də), avarlar(da), ləzgilər(də) mehriban bir ailə kimi yaşayırlar. 3. Nərgiz (də) gözəl şe`rlər yazmaq qabiliyyəti var. 4. Şahmar (da), Nəzər(də) ali məktəbdə oxuyurlar. 5. Koridor (da), sinif (də) dibçəklər qoyulmuşdu.

 

Упражнение. Переведите.

1. Yolun hər iki tərəfi yaşıl ağaclarla örtülmüşdü. 2. Dağın döşünü lalələr qırmızı rəngə boyamışdır. 3. Biz bağdan şirin alma, dadlı armud dərdik. 4. Sarı heyvanın ətri ətrafı bürümüşdü. 5. Meyxoş nar, qara gavalı insan üçün çox faydalıdır. 6. Səid mağazadan boz kostyum aldı.

 

Упражнение. Перепишите предложения, вставляя по смыслу слова.

1. Aşpaz … şorba biçirdi. 2. Cavad … xörəyi çox sevir. 3. … havada təyyarə çətin hərəkət edir. 4. Tahirə … və … qızdır. 5. … əsgər əli ilə … faşistin boğazından yapışdı. 6. Maşınımız … və … yolla irəliləyirdi.

 

Cловарь – Lüğət


yazılı abidə - письменный памятник

təmkinli - выдержанный

səsləşmək - звучать

mənəvi sifətlər - выразительные лица

boy - здесь: часть эпоса

Tanrı - Создатель, Творец

basqınçı - разбойник

fərarilik - дезертирство

fədakarlıq - самоотверженность

mənfur - ненавистный

qəsbkarlıq - захватчик

mənbə - источник


 

GÖY GÖL

Dağların qucağlnda Bürüyur bu gözəli

Bir nazlı gözəl yatır. Payızın xəzəli də.

Bu gözəlin başına Kaman çalır burada

Fəsillərin hərəsi Ətirli dağ yeli də.

Bir rəngli örpək atır. (M. Dilbazi)

 

Пословицы и поговорки.

Ağac bar verəndə başını aşağı əyər. – Чем больше плодов на дереве, тем ниже его ветки.

Ağac götüyündən su içər. – Без корней и полынь не растет.

 

Урок 18.

Грамматические темы.

1. Наклонения глагола.

2. Желательное наклонение глагола.

3. Долженствовательное наклонение глагола

 

1. Наклонения глагола выражает отношение говорящего к действительности, реальности действия. Это отношение устанавливается говорящим. С этой точки зрения в азербайджанском языке имеются повелительное, изъявительное, желательное, долженствовательное, обязательное, условное наклонение. Изъявительное наклонение соответствует времени глагола.

Эти формы спрягаются по лицам и различаются специальными морфологическими показателями (аффиксами).

 

2. Желательное наклонение глагола.

Желательное наклонение глагола выражает желание, намерение. Образуется аффиксами – a, - ə:

Al - a - m – лишь бы я взял (брал)

Gəl - ə - sən – лишь бы ты пришел…

Gəl - ə - лишь бы он пришел

Для усиления желания перед глаголом употребляются слова kaş (хотя бы), təki (хотя бы, лишь бы), gərək (должно, надо, нужно). Эта форма глагола принимает личные аффиксы, По своей семантике относится к будущему времени. Например:

Mənə heç nə lazım deyil, təki sən sağalasan.

Мне ничего не надо, лишь бы ты выздоровел.

Kaş bu il instituta daxil olam – Лишь бы в этом году поступил в институт.

Gərək oxuyam gərək oxuyaq

Gərək oxuyasan gərək oxuyasiniz

Gərək oxuya gərək oxuyalar

 

gərək alam gərək alaq

gərək alasan gərək alasınız

gərək ala gərək alalar

 

gərək oxumayam gərək oxumayaq

gərək oxumayasan gərək oxumayasınız

gərək oxumaya gərək oxumayalar

 

gərək almayam gərək almayaq

gərək almayasan gərək almayasiniz

gərək almaya gərək almayalar

 

2. Долженствовательное наклонение глагола выражает действие, совершение которого является обязательным. Образуется путем присоединения аффикса - malı, - məli к основе глагола. Это форма принимает аффиксы лица.

 


Единственное число.

Mən oxumalıyam Я должен читать

Sən oxumalısan Ты должен читать

O oxumalıdır Он(она) должен читать

Множественное число

Biz oxumalıyıq Мы должны читать

Siz oxumalısınız Вы должны читать

Onlar oxumalıdırlar Они должны читать


 

Отрицательная форма долженствовательного наклонения глагола образуется путем присоединения к основе глагола аффикса –ma, - mə.

 


Единственное число

Mən oxumamalıyam Я не должен читать

Sən oxumamalısan Ты не должен читать

O oxumamalıdır Он не должен читать

 

Множественное число

Biz oxumamalıyıq Мы не должны читать

Siz oxumamalısınız Вы не должны читать

Onlar oxumamalıdırlar Они не должны читать


 

Mən baxmamalıyam Я не должен смотреть

Sən baxmamalısan Ты не должен смотреть

O baxmamalıdır Он не должен смотреть

 

Baxmalı deyiləm Я не должен смотреть

Baxmalı deyilsən Ты не должен смотреть

Baxmalı deyil Он не должен смотреть

 

Deməməliyəm Я не должен говорить

Deməməlisən Ты не должен говорить

Deməməlidir Он не должен говорить

 

Deməli deyiləm Я не должен говорить

Deməli deyilsən Ты не должен говорить

Deməli deyil Он не должен говорить

Для образования сложной формы долженствовательного наклонения к глаголам прибавляются вспомогательные глаголы idi, imiş и личные окончания прошедшего времени idi, употребляется в форме - dı,- di,а вспомогательный глагол imiş – в форме - mış, - miş. При этом между ними и окончаниями –malı,- məli появляется согласная буква y.

 

Abdulla Şaiq.

Abdulla Şaiq Talıbzadə 1881 –ci ildə Tiflisdə anadan olmuş və ilk təhsilini orada almışdır. O, hələ uşaq yaşlarında ana dili ilə yanaşı, rus və fars dillərini də mükəmməl öyrənmişdi.

Abdulla Şaiq 1901 –ci ildə Bakıya gəlir, burada müəllimliklə məşğul olur. Gənc Şaiq müəllimlik edərkən bədii yaradıcılığa başlayır, dövrün maraqlı və vacib hadisələrini əks etdirən əsərlər yazır. O, inqilabdan əvvəl, yazdığı hekayələrində keçmiş dövrün dözülməz hadisə və əhvalatlarından bəhs etmişdir.

Abdulla Şaiq uşaqların sevimli yazıçısıdır. O, uşaq həyatından bəhs edən onlarca maraqlı şer və hekayələr yazmışdır.

Azərbaycan ədəbiyyatında Abdulla Şaiq bir dramaturq kimi də məşhurdur. O, “İldırım”, “Nuşabə”, habelə uşaqlar üçün yazdığı “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə” pyeslərinin müəllifidir.

Görkəmli şair, nasir və dramaturq Abdulla Şaiqin xidmətləri hökümətimiz layiqincə qiymətləndirərək ona əməkdar incəsənət xadimi fəxri adını vermiş, onu bir neçə orden və medallarla təltif etmişdir.

Abdulla Şaiq 1959- cu ildə Bakı şəhərində vəfat etmişdir.

 

Qızıl

Yaylaqda idik. Kərim babanın Qızıl adlı bir iti var idi. Bir gün alaçıqdan çıxanda Qızıl üstümə cumdu. Qorxumdan iti çubuqla bərk vurdum. Kərim baba bunu gördüsə də dinmədi. Amma anladım ki, hərəkətim xoşuna gəlmədi.

Bir gün yenə iti qovlayırdım. Kərim baba dedi:

- Oğlum, iti vurma, o mənim vəfalı dostumdur. O, yüzlərlə heyvanı canavardan qoruyub.

Kərim baba itin başını sığallaya- sığallaya əlavə etdi:

- Cavan vaxtım idi. Axşam düşmüşdü, qoyunlar isə otlayırdı. Necə oldusa gözümə yuxu getdi. Ayılanda gördüm ki, sürü yoxdur.

- Qızıl!, Qızıl! – deyə qışqıra- qışqıra səhərədək gəzdim.

Səhərə yaxın dərədən səs gəldi. Gedib gördüm ki, Qızıl sürünü iki qayanın arasına yığıb. Özü də al- qan içindədir. O saat bildim ki, sürüyə canavar girib. Ətrafa baxanda üç canavar cəmdəyi gördüm. Sən demə, Qızıl səhərə qədər canavarlarla vuruşub, sürünü qoruyub.

Kərim baba burada dayandı, dərindən nəfəs aldı. Sonra gözlərimin lap içinə baxıb, mehribanlıqla dedi:

- Oğul, Qızıl belə itdir.

Bundan sonra mən Qızılı sevməyə başladım.

Abdulla Şaiq

Məktub yetişmədi

Soyuq bir qış günü. Varlılar qalın paltar geyinmişdilər. Yoxsulların isə əl- ayaqları donurdu...

İrandan Bakıya işləməyə gəlmiş Qurban donmuş halda Molla Fərzəlinin yanında oturmuşdu:

- Molla, yaz ki, Anaxanım və Mətiş necədirlər? Sonra yaz ki, mən hələ bir təhər dolanıram. Qazandığım qəpikləri onlara göndərirəm...

Molla Qulamhüseyinə də salam yaz, yaz ki, mən gəlincə uşaqlardan göz- gulaq olsun.

Qurban məktubu aldı və Molla Fərzəlinin haqqını verdi. O, birbaş yerlisi Qulamrzanın yanına getdi ki, məktubu onunla göndərsin. Qulamrza evdə yox idi. Qurban iş yoldaşlarının yanına qayıtdı. Onların qazdıqları neft quyusu dərinləşirdi. Quyu dərinləşdikcə ölüm qorxusu da artırdı.

Bu zaman Qurban quyunun dibində idi. Birdən quyuda partlayış oldu. Qurban öldü. Fəhlə dostları onun cibindən ailəsinə yazdığı məktubu tapdılar.

 

Упражнение. Переведите предложения.

Biz səhər saat 7- də yola düşməliyik. Sən bu əsəri oxumalısan. Biz ona hər şeyi söyləməliyik. Bu ağacları çoxdan əkməli idim. Mən atama bazardan nar almalıyam.

 

Упражнение. Допишите предложения глаголами в соответствующем наклонении.

Yerinə yetirməli, tabe olmalı, qazanmalı, görüşməli, başlamalı, hazırlaşmalı, çıxmalı.

1Biz tapşırığı...... 2. Mən onunla...... 3. Sən işə vaxtında...... 4. Siz küçə hərəkəti qaydalarına..... 5. Bu il imtahana yaxşı..... 6. Donu tikməyə.... 7. İdman yarişlarında birincilik..... 8. Biz tapşırığı.....

 

Упражнение. Переведите предложения.

1. Adamın gərək ürəyi ilə dili bir ola. 2. Kaş nər yer belə gözəl ola. 3. Gərək bu gün işlərimi qurtaram. 4. Kaş müharibə tezliklə qurtara. 5. Xoşbəxt olasınız. 6. Sağlıqla işlədəsiniz. 7. Gərək anamızın qədrini bilək. 8. Gərək hamı öz dilini yaxşı bilə. 9. Gərək sən hamıdan yaxşı cavab verəsən. 10. Kaş yarışda dalib gələk.

 

Упражнение. Переведите предложения.

1. Она сегодня должна приехать. 2. Ты должен следить за своим произношением. 3. Ты должен ответить мне. 4. Я должна знать. 5. Вы должны знать правду. 5. Они должны подумать. 6. Я должен знать правду. 7. Дети должны спать. 8. Отец должен мне все сказать. 9. Мы должны уехать на несколько дней. 10. Они должны уехать вместе. 11. Он должен написать мне письмо.

 

Упражнение. Прочитайте и переведите текст.

Xan:

- Bu gün çox xoş havadır. İstəyirəm dərya üzündə bir az seyr edəm, könlüm açıla... Mən gərək min- min adamın qəmini çəkəm, dərdinə yetişəm.

Vəzir:

- Tutdum ki, əyləyib qulluğuna gətirəm, əlimdən dartınıb çıxıb getdi.

Xan:

- Teymur ağa, sənin qərəzin budur ki, mən vilayətlər içində bədnam olam?

Nisa xanım:

- Doğrudur, xan Teymur ağaya bir şey edə bilməyəcəkdir, amma qorxuram ki, Teymur ağa ilə mənim arama elə ayrılıq sala ki, ölümdən bədtər ola.

Teymur ağa:

- İstəyirəm qaçam.

Vəzir:

- Belə olan surətdə, aya, sənə lazım deyilmi ki, təmiz adını itirməyəsən? Bu sözləri ondan ötrü sənə deyirəm ki, elə durub- oturmayasan ki, sənin xüsusunda xana bir söz deyələr. (M. F. Axundovdan).

 

Упражнение. Переведите на азербайджанский язык.

Я мечтаю, чтобы сын хорошо учился.

Отец хочет, чтобы мы навестили больную бабушку.

Мать хочет, чтобы, я отнес эти вещи моей тёте.

Мать хотела, чтобы я отнес эти вещи моей тёте.

 

Упражнение. Переведите.

1. Balaca Fatimə həyətə endi. 2. Dənizin suyu ilıq idi. 3. Qalın meşə rütubətli olur. 4. Qoçaq inşaatçılar gecə də işləyirdilər. 5. Leyla səmimi qızdır. 6. Fərid qayğıkeş adamdır.

 

Lüğət

Dözülməz – невыносимый nasir – писатель

əhvalat – случай layiqincə - по- достоинству

 

Прочитайте стихотворение.

 

Quzu


Bir obada körpə quzu,

Mələr- mələr, qaçar düzü,

Ananı axtarar gözü.

Dedim:- Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

 

Qoyunları çoban yığar,

Badyalara südü sağar.

Quzum mələr,durub baxar.

Dedim:- Qaçma,gözəl quzum,

Səni mən bəslərəm özüm.

 

Anasını quzum görər,

Ayaqları yerə dirər,

Məməsini tapıb əmər,

Dedim:- Qaçma,gözəl quzum,

Səni mən bəslərəm özüm.


(Abdulla Şaiq)

 

Пословицы и поговорки

Dost dar gündə tanınar. – Друга познают в беде.

Dost dosta tən gərək, Tən olmasa, gen gərək. – Дружбу водить, себя не щадить.

Урок 19.

Грамматические темы

1. Обязательное (необходимое) наклонение глагола.

2. Условное наклонение глагола.

3. Указательные местоимения elə, belə.

 

1. Обязательное наклонение глагола выражает необходимость, совершения действия. Образуется путем присоединения к основе глагола аффикса –ası,- əsi (- yasi, - yəsi) и изменяется по лицам.

Mən ged- əsi- yəm//oxu- yası- yam – Я должен идти//читать

Sən ged- əsi- sən //oxu- yası- san – Ты должен идти // читать

ged- əsi- dir //oxu- yası- dır – он должен идти// читать

Biz ged- əsi- yik //oxu- yası- yıq – Мы должны идти // читать

Siz ged- əsi- siniz //oxu- yası- sınız – Вы должны идти // читать

Onlar ged- əsi- dir- lər //oxu- yası- dırlar – Они должны идти // читать

 


Yaz- ası- yam yaz- ası- yıq

Yaz- ası- san yaz- ası- sınız

Yaz=ası- dır yaz- ası- dırlar

 

Gedəsi deyiləm gedəsi deyilik

Gedəsi deyilsən gedəsi deyilsiniz

Gedəsi deyil gedəsi deyillər

 


Yazası deyiləm yazası deyilik

Yazası deyilsən yazası deyilsiniz

Yazası deyil yazası deyillər

 

2. Условное наклонение глагола

Условное наклонение обозначает действие, которое служит условием для совершения другого действия. Образуется присоединением аффикса - sa, - sə к основе глагола и изменяется по лицам.


Mən alsam eсли я возьму

Sən alsan если ты возьмешь

O alsa если он (она) возьмет

Biz alsaq если мы возьмем

Siz alsanız если вы возьмете

Onlar alsalar если они возьмут

 

Mən desəm если я скажу

Sən desən если ты скажешь

O desə если он скажет

Biz desək если мы скажем

Siz desəniz если вы скажете

Onlar desələr если они скажут


Отрицательная форма условного наклонения глагола образуется путем присоединения к основе глагола аффикса –ma, mə.

Mən deməsəm Biz deməsək

Sən deməsən Siz deməsəniz

O deməsə Onlar deməsələr

 

Cavad xan.

Cavad xan Gəncə xanları nəslindən olan Şahverdi xanın ücüncü oğludur. Atasının dövründə Gəncə xanlığı Qarabağa tabe idi. Odur ki, Cavad xan girov kimi Şuşada yaşayırdı. Tarixin hökmü ilə 1785- ci ildə o, Cəncəyə hakimiyyət başına dəlir. Cavad xan hakimiyyətdə olarkən Qazax, Şamxor və başqa yerlər Gəncəyə daxil idi. Bundan başqa, o, Nadir Şah dövründə gürcülərə verilmiş Azərbaycan torpaqlarını geri almışdır. Cavad xan dövründə camaat əmin- amanlıq şəraitində yaşayırdı.

1793- cü ildə özünü İran şahı elan Ağa Məhəmməd Şah Qacar Şuşaya hücum edir. Oranı tuta bilməyib Gəncəyə gəlir. Qacar Tiflisə yürüşedərkən Cavad xan ona qoşulur. Qacar İrana qayıdandan sonra Gürcü çarı II İrakli ilə Qarasbağ xanı İbrahimxəlil xan Gəncəni mühasirəyə alır. Bunu görən Cavad xan qan tökülməsin deyə ibrahim xana xərac verir.

Cavad xan Azərbaycanın azadlığı uğrunda şəhid olmuş xalq qəhrəmanlarından biridir.

 

Gəncə

Azərbaycanın ən qədim şəhərlərindən biri də Gəncədir. 12- ci yüzillikdə Gəncədə təxminən 500 min nəfərə qədər adam yaşayırdı. Bu dövrdə dünya ölkələrində Gəncə kimi böyük şəhərlər olduqca az idi.

Gəncədə çoxlu dövlət- idarə binaları vardı. Uzun müddət paytaxt şəhəri olmuş Gəncəyə sultan sarayı, ayrı- ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan saraylar, imarətlər, həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdir. Dövlət başçılarının varlıların gözəl sarayları şəhərin mərkəzində təhlükəsiz yerdə tikilmişdi. Bu isə şəhərdə memarlığın və bununla əlaqədar olan bir çox sənət sahələrinin inkişafına təkan vermişdi.

12- ci yüzillikdə Gəncə bütün Şərqdə ən məşhur ticarət və sənətkarlıq şəhəri idi.

Gəncə ətrafında dəmir və mis şıxarılırdı. Bu isə Gəncədə müxtəlif sənətlərin meydana gəlməsinə və inkişafına səbəb olmuşdu. Burada dəmirçilik sənəti xüsusılə geniş yayılmışdı. Dəmirçilər müxtəlif silahlar, əmək alətləri, dəmir və mis qablar düzəldirdilər. Gəncə dəmirçilərinin yüksək sənətkarlığını onun qala qapıları sübut edirdi. Bu qapılar həm də gözəl sənət əsəri idi.

Gəncənin ətrafı bağlar və meşələrlə örtülüdür. Burada dadlı meyvələr- üzüm, əncir, tut və s. yetişdirilir.

Gəncə bir neçə dəfə zəlzələ nəticəsində dağılmışdır. 1139- cu il sentyabrın 30- da cümədən şənbəyə keçən gecə Gəncədə böyük bir zəlzələ baş verdi. Şənərdə çoxlu dağıntılar oldu. Gəncə elə dağılmışdı ki, sanki burada əvvəllər heç vaxt şəhər olmamışdı. Zəlzələ zamanı Gəncə əhalisinin təxminən 230 min nəfəri, diğər məlumata ğörə, 300 min nəfəri həlak olmuşdu. Zəlzələdən Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi və Göygöl əmələ gəldi. Bu göl indi də Azərbaycanın mirvarisi sayılır.

 


Дата добавления: 2015-10-26; просмотров: 865 | Нарушение авторских прав


Читайте в этой же книге: Классификация азербайджанских согласных звуков. | Самостоятельные части речи. | Kərpickəsən qoca | Azərbaycan | Грамматические темы. | Poçt qutusu | Ccedil;ƏRİŞƏHƏR | Azərbaycanın musiqi mədəniyyəti tarixindən | Uuml;zeyir Hacıbəyov |
<== предыдущая страница | следующая страница ==>
Изменение имен существительных по лицам в местном и исходном падежах.| Qaraca qız

mybiblioteka.su - 2015-2024 год. (0.042 сек.)