Студопедия
Случайная страница | ТОМ-1 | ТОМ-2 | ТОМ-3
АрхитектураБиологияГеографияДругоеИностранные языки
ИнформатикаИсторияКультураЛитератураМатематика
МедицинаМеханикаОбразованиеОхрана трудаПедагогика
ПолитикаПравоПрограммированиеПсихологияРелигия
СоциологияСпортСтроительствоФизикаФилософия
ФинансыХимияЭкологияЭкономикаЭлектроника

Çox zolaqlı gediş hissəsinin buraxma qabiliyyətinin hesablanması



Çox zolaqlı gediş hissəsinin buraxma qabiliyyətinin hesablanması

Beynəlxalq arenada ilk ekspeditorlar keçən əsrdə İngiltərədə yaranmışdır. İlk zamanlar onlar gəmilərin kirayəçisi agentləri kimi, vasitəçi kimi fəaliyyət göstərirdilər. Zaman keçdikçə onlar vasitəçi rolu ilə yanaşı bazarda öz adları altında da fəaliyyət göstərməyə başladılar və beləlikə onlar multimodal daşımaların operatorlarına çevrildilər. Müasir ekspeditorların funksiyalarına daxildir:

- Bütün kirayə götürülmüş və şəxsi nəqliyyat vasitələri ilə yüklərin təhlükəsiz, ucuz, tez və effektiv daşınması, yüklərin aralıq məntəqələrdə boşaldılması, qablaşdırılması, etiketləşdirilməsi və s. gəmilərin limanlarda agentləşdirilməsi, sorğulanma və başqa işlərin aparılması, malların və nəqliyyat vasitələrinin sığortalanması, yük daşımalarının texniki təchizatı, nəqliyyat vasitələri və tam nəqliyyat prosesləri.

- Yük sahibləri ilə konsultasiyaların keçirilməsi və nəqliyyat vasitələri barədə, daşınma marşrutu haqqında, çatdırılmanın ticari şərtləri və həmçinin sığorta şərtlərinin və hesabatlarının barəsində məsləhətlərin hazırlanması.

- Yüklərin gömrük haqqının verilnəsi və yüklərin deklorasiya olunması.

- Xüsusi anbarlar və konteyner terminalları vasitəsi ilə xırda yüklərin birləşdirilməsi və ya böyük partiyalı yüklərin bölünməsini həyata keçirmək.

- “Qapıdan-qapıya” xidmətinin həyata keçirilməsi ilə yükün başlanğıc məntəqədən təyinat məntəqəsinə çatdırılması.

- Yük sahibinə beynəlxalq ticarət palatası (İCC) və bank təşkilatları tərəfindən tanınmış vahid nəqliyyat və hesabat sənədinin verilməsi.

Belə geniş vəzifə aspekti, hərtərəfli və mürəkkəb hüquqi təminat tələb edir. Belə hüquqi təminat konvensiyaların tələblərinin yerinə yetirilməsinə, naviqasiyanın, yerüstü və hava ilə yük daşımalarına, sərbəst tranzit, gömrük, karantin, sərhəd və qeyri formal işlərin yerinə yetirilməsi, Beynəlxalq ticarət təşkilatı qanunları, Beynəlxalq millətlər təşkilatının inkşafı və ticarət haqqında konfransların keçirilməsini həyata keçirir.

Beynəlxalq ticarətin inkşaf tarixi göstərir ki, ekspeditorlar malların bazarlar arasında paylanmasına və buna çəkilən xərclərin azalmasını təmin edirlər. Dünyada mutlimodal və konteyner daçımalarının inkşafı ekspeditorların sahəsinidə zəbt etmişdir. Ekspeditorlar kommersantlarla, gəmi sahibləri ilə, başqa yük daşıyıcıları ilə, gömrük və bir sıra dövlət orqanları ilə, geosiyasət, daşımlaların texnologiyası, dövlət kontrol prosedurları ilə sıx bağlıdırlar. Ekspeditorlat dövlət kontrol prosedurasının sadələşməsində və xərclərin azaldılmasında, yüklərin təhlükəsiz və tez birr zamanda daşınmasında və nəhayət malların və daşımaların qiymətlərinin aşağı salınmasında mühüm rol oynayırlar. Bir sözlə ekspeditor sənayenin, ticarətin və nəqliyyatın inkşafına böyük təkan verir. Bu əsasda inkşaf etmiş ölkələr qohum ekspeditor xidmətlərə çox böyük önəm verirlər, çünki bu xidmət onlara maksimal lütfkarlıq göstərir. İnkşaf etmiş ölkələr ona görə də ekspeditorların işinin inkşafına, üstde qalmağına və durmadan yeniliklərlə təmin olunmasına maksimum təminat verirlər. Beynəlxalq qanunlara görə ekspeditorlar beynəlxalq ticari əlaqələrin stimullaşdırıcı zənciri hesab olunur.



Hal-hazırda beynəlxalq əlaqələrdə multimodal daşımalar ekspeditor ekspeditor sənayesinin memarı adlanır.

Beynəlxalq ticarət əlaqələrinin inkşaf tarixi göstərir ki, ekspeditorlar yüklərin rasional yerləşdirilməsində, daşınmasında və daşınma xərclərinin aşağı olmasında çox böyük rol oynayır.

Tarix onu da göstərir ki, ekspeditorlar gömrükçülərlə, gəmi sahibləriylə, yük sahibləriylə, iş adamlarıyla, banklarla, dövlət strukturları arasında bir vasitəçi kimi çıxış edir. Təbii olaraq ekspeditorlar yüklərin daşınmasında, yerləşdirilməsində, qısa meddətdə yüklərin yerbəyer olunmasında dövlət nəzarəti işlərinin daha ucuza əmələ gəlməsinə nəzarət edir. Sənayenin bu sahəsi güclü kapital qoyuluşu tələb etmir və tranzit ölkələr bundan yaxşı yararlana bilirlər. Ticarətdə və nəqliyyatda elə buna görədə hər zaman mütəmadə olaraq yeni layihələr, kapital yatırımları, metodiki vəsaitlər həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində FİATA-nın dərs vəsaitlərindən geniş istifadə olunur.

Ekspeditorların çoxu bilirlər ki, dünyada iki qanun sistemi mövcuddur. Bu sistem Avropada meydana gəlmişdir. Bu da öz növbəsində ümumi hüquq və mülki hüquqdur. Bu sistemlər şimali və cənubi Amerikada, Çində, Afrika ölkələrində Orta və Uzaq Şərqdə geniş yayılmışdır. Çin öz növbəsində mülki hüquq normasından geniş istifadə edir. Ekspeditorlar öz növbəsində bu iki sistem haqqında nə bilməlidirlər və bu sistem ekspeditorlarla müştəri arasındakı münasibətə necə təsir edir?

Ümumi və mülki hüquqi sistem arasındakı fərq nədən ibarətdir:

Ümumi hüquqi sistem məhkəmə qərarlarına əsaslanır və tam hakimin yürütdüyü fikirlərə və nəzəriyyəyə əsasən təşkil olunur. Hər bir məhkəmə işinin aparılmasında faktların yenidən baxılmasının çox böyük rolu var. Faktlar arasındakı fərqlər işlərin tamam başqa məcraya aparıb çıxarda bilər. Əgər uduzan tərəf məhkəmə qərarından narazı qalarsa appilasiyaya vermə hüququna malikdir. Appilasiya məhkəməsi bir qanun olaraq işə baxan birinci hakimin qərarlarını özü üçün əsas tutur. Appilasiya məhkəməsinin işi 1-ci məhkəmədə çıxarılan qərarın qanuna zidd olmadığını ortaya çıxarmatdan ibarətdir. Appilasiya məhkəməsi təbii ki daha avtoritetli qanuni orqan sayılır. Qanunun aliliyinə heç bir şübhə olmadığına görə appilasiya məhkəməsinin verdiyi qərar hörmətlə qarşılanmalıdır. Məhkəmə işlərinin həlli üçün tərəflər vəkillərin xidmətlərindən istifadə edirlər. Vəkillərdə öz növbəsində ali qanunlara istinad edərək işin öz xeyirlərinə həlli üçün çalışırlar. Düzdür hakimin çıxardığı qanunun aliliyinə şübhə yoxdur, amma bununla razı olmayan tərəfdə ola bilər. Ekspertlər məhkəmə qərarlarınında kodekslərin vəziyyətini analiz edir və bu kodekslərin hakimlər tərəfindən tam yerində işlənməsinə nəzarət edirlər. Məhkəmədə irəli gələn münaqişələri ekspertlər kodekslərə əsaslanaraq yoluna qoymağa çalışırlar. Ümumi hüquq normalarına əməl edən ölkələrdə hər bir məhkəmə işi qəbul olunan qanunlar əsasında aparılır. Kommersiya qanunlarının dəyişkənliyindən bəzən məhkəmə qanunlarının tətbiqi zorlaşır. Qanunlardakı boşluqlar bu və ya başqa hallarda dəqiq qərar verməyə çətinlik yaradır. Bu da kodekslərin üzərində mütəmadə olaraq dəyişikliklər etməyə gətirib çıxarır. Hüquqi orqanların, ekspertlərin və şərhçilərin üzərinə düşən vəzifə mütəmadə olaraq yaranan situasiyaların dəyişkənliyinə görə hüquqi qanunlar arasındakı boşluqları öyrənib aradan qaldırılmasından ibarətdir.

Xoşbəxtlikdən mülki hüquqi qanun sistemində konkret kommersiya qanunları ekspeditorlar üçün çox məqsədə uyğun işləyir. Məsələn nəqliyyat komissionerləri və yaxşı tanınan mülki hüquq üzrə qanunlar universiteti ekspertlərin işi üzrə konkret qərarlar çıxarmağa yardımçıdırlar. Bir çox ölkələrdə o cümlədən Almaniyanın mülki hüquq qanunları eksp. işi üzrə təkminləşir və konkretləşir. Bu baxışla biz ümumi hüquq qanunlarıyla mülki hüquq qanunları arasındakı fərqin bir çox ölkələrdə necə fərqli fəsad yaratdığının şahidi oluruq. Ümumi hüquq qanunlarında boşluqlar daha çoxdur və dəqiq konkret kodekslərə ehtiyac çoxdur. Ekspeditor hüquqi problemlərlə üzləşdikdə ilk növbədə bu problemin məhkəmədə baxıldığından xəbərdar olmalıdır. Bize belə gəlir ki ümumi hüquqi dövlətlərdə qanunların daha konkret işləməsinə ehtiyac duyulur. Ekspeditorlar öz işlərində daim irərlədiklərindən onlar bu qanunlarda konkretlik və dəqiqlik tapa bilmirlər. Ekspeditorlar qanunların daim yenilənməsinin və mütəmadə baxılmasının tərəfdarıdırlar.

Mülki hüquqi ölkələrdə qanunlar daha dəqiq və konkretdirlər, lakin bu da yeni əmələ gələn problemlərin həllində çətinlik yaradır. İşin qorxulu tərəfi budur ki, məhkəmələr kommersiya işlərinə baxdıqda səhv qərarlar vermə riskini artıra bilərlər.

Bağlanılan sazişlərdə ekspeditorun məsuliyyəti ondan ibarətdir ki, onlar ümumi qəbul olunmuş qanuni hüquqi normalardan çıxış etsinlər. Ona görə də bu bu bölmədə bəzi ekspeditorların anlaşılmazlıq səbəbindən səhv qərarların verilməsindən danışılacaq. Tərəflər bütün qanunları öyrənərək iki tərəf arasındakı məsələləri, problemləri həll etdikdın sonra saziş imzalayırlar.

Saziş iki tərəfin bu fikrə gəldiyi və qərar qəbul etdiyi andan qüvvəyə minir. Müqavilələr formal olaraq işçi masasında imzalanır və ya həll olunur.

Terminala markalanmış yükünü gətirən yük sahibi ekspeditora müraciət edir və öz növbəsində yükü lazımi ünvana çatdırır. Sazişin əsasını iki tərəfin yəni yük göndərənlə yükü qəbul edənin arasındakı razılaşma təşkil edir. Çox hallarda ekspeditorla onun müştərisi arasında yaranan münaqişə tərəflərin fikir ayrılığı üzündən əmələ gəlir. Hər bir tərəf münaqişəni öz xeyrinə çəkməyə səy göstərir. Bu hallarda ekspeditorların fəaliyyətləri nəqliyyat fəaliyyətindən heç də fərqlənmir. Məqsəd sazişin hüquqi yollarının tapılması və problemin tez bir zamanda aradan qaldırılmasıdır. Bir çox hallarda münaqişələr məhkəmə yolu ilə həll olunmur bu hallarda hakimlər sazişlərdə buraxılan boşluqlara əlavələr edir, bu münaqişələrin hüquqi tərəflərinin həllinə yardım edirlər. Tərəflərin işlərinin sazişə əsasən qismən yerinə yetirildiyi təqdirdə hakimlər həvəslə bu tərəfləri məsul cəlb edirlər. Sazişlərdə buraxılan qeyri dəqiqliyə görə vəsait xərcləyən tərəf zərərdə qalmır, çünki bu xırdalıqlar sazişdə göstərilməyib, ona görə də sazişlərdə bütün xırdalıqlar, nüanslar nəzərə alınmalıdır. Bəzi münaqişələrin həllində məhkəmə belə qərar verir ki, sanki bu qərarlar sazişi bağlayanlar tərəfindən əvvəlcədən diqqətdə olaydı. Bu məhkəmədə nəzərdə tutula biləcək şərtlər ən optimal variant hesab edilir. Məhkəmə nəzərdə tutulan bu şərtləri o zaman qəbul edir ki, saziş bağlayan tərəflər bu şərtlərlə razılaşsın və saziş bağlanıldıqda bu fikirləri nəzərdən qaçırdıqlarını təsdiq etsinlər. Əgər tərəflər bu şərtləri qəbul etmirlərsə, o halda məhkəmə sazişə bu əlavələri etmir, çünki bu münaqişə daha böyük problem yarada bilər (hansısa tərəf üçün).

5. Ekspeditorla müştəri arasında başlayan danışıqlarda mütləq fikir aydınlığı olmalıdır. Bu danışıqlar müştərinin fikir sərbəstliyi şəraitində həyata keçməlidir. Ekspeditorlar danışıqlarda öz yardımçı pozisiyasını irəli sürməlidir. Fransanın vətəndaş kodeksi bu tərəflər arasındakı sərbəstliyin dərəcəsini belə izah edir: “Qanuni olaraq tərtib olunmuş razılaşmalar bu razılaşmaya gələn tərəflər üçün qüvvədədir.” Bəzi ölkələrdə isə dövlət razılaşmaya gələn tərəflərə fikir azadlığına qisməndə olsa təzyiq göstərə bilər. Ekspeditorların üzərinə düşən maliyyə risklərini minimuma endirməyə cəhd göstərirlər. Müştəri də öz növbəsində yüklərin başqa yerə xətasız çatdırılmasında tam əmin olmaq istəyir. Müştəri yükünün çatdırılmadığı təqdirdə ekspeditorun bütün xercləri ödəməsində maraqlıdır. Ekspeditorların maliyyə riskinin azaldılması fikri ilə müştərinin zərərinin ekspeditor tərəfindən ödənilməsi fikri üst-üstə düşməsədə tərəflər bunları öz sazişlərində yerli-yerində qeyd etməlidirlər ki, sonradan bu problem münaqişəyə gətirib çıxartmasın. Ekspeditor müştəri ilə işlədiyi müddətdə bu qərarların qüvvədə olmasını tələb edir və bu ümumi qərarlar hər partiya yükün daşınmasında tətbiq edilsin. Məsələn əgər yük məntəqəyə nəzərdə tutulan vaxtdan gec çatıbsa ekspeditor bunun üçün məsuliyyət daşımadan imtina edir və bunu bütün yük partiyalarının daşınmasına şamil edilməsini tələb edir. Müştəri isə buna əks olaraq hər yükün daşınmasına tətbiq etməyə maraqlıdır. Müştəri ümumi qayda və qərarları gözdən keçirir amma iş əsasında başqa problemlərdə əmələ gələ bilər. Müştəri ümumi qaydada saziş bağlaya bilər amma yüklərin gecikdiyi təqdirdə nə etmək lazım olması nəzərdən qaçıla bilər. Yüklərin vaxtında çatdılırması müştəri üçün çox mühümdürsə onda o bu bəndidə sazişdə gözdən qaçırmamalıdır. Ekspeditor sazişə uyğun olaraq məsuliyyətə cəlb edilməlidir. Bir sözlə saziş bağlanmazdan əvvəl bütün fikirlər yerli-yerində bu sənəddə öz əksini tapmalıdır. Məsələnin bir çatışmayan cəhəti ondadır ki, hər konkret yük daşımasında bağlanan sazişlər həm ekspeditorların həm də müştərilərin vaxtını alır. Hər iki tərəfə sazişlərin bağlanmasını, sərf edilən zamanı və məsrəfləri minimuma endirmək sərfəlidir. Buna görə də hər iki tərəf daha praktik sistem işləyib hazırlamağa cəhd göstərir..

2.Ödəniş tariflərinin tam üsulu təyin edilməlidir. Bu tarifi təyin etmək üçün yük daşımalarına çəkilən xərclərin qisməndə olsa hesablanmasıdır. Bundan əlavə ekspeditorlar tariflər haqqında informasiyanı sistemli şəkildə müştəriyə çatdırmalıdırlar. Ekspeditorlar bu hallarda əsasən tarif cədvəllərindən istifadə edirlər. Müştəri ilə illərlə əlaqədə olub bir-birlərini yaxşı tanıyırlar, eyni tip nəqliyyat vasitəsindən istifadə edirlər, eyni şəkilli işlər görürlər. Tarif qoylmasının çətinliyi ondn ibarətdir ki, tarif cədvəlinin tərtid olunması uzun vaxt və çox zəhmət tələb edir. Həmişə dəyişən dünyada daşıma tarifləri tez-tez dəyişir. Bu baxımdan ekspeditorların bu gün qoyduğu tariflər müştəri üçün vacib sayılır.Hansı hallarda ekspeditor müştəri ilə əlaqələrinə aydınlıq götürür? Bizim əsrdə ekspeditor işi elə kökdən dəyişilmişdir ki, adi qanunlar praktika ilə uyğunluq təşkil etmir. Onda görə də ekspeditor bilməlidir ki, onun müştəri ilə bağladığı sazişə əsaslanaraq öz tərəfkeşinə xüsusi hörmət bəsləməlidir. Bir çox ölkələrdə ekspeditorlar öz milli ekspeditor assosiyasiyalarına güvənərək onların standart qaydaları əsasında fəaliyyət göstərirlər. Bütün bu şərtlərin vacibliyini dərk edərək FİATA öz qayda qanununu işləyib hazırlamışdır. Milli ekspeditor assosasiyaları zeif olan ölkələr də FİATA-nın cəmiyyətinə daxil olaraq ondan yararlanırlar. Tez-tez rast gəlinən problemlərdən biri də müştərinin stavkaların qebulunda gecikməsidir. Ekspeditorlar həmişə güman edirlər ki, bütün bu tip problemlər anlaşma yolu ilə həll oluna bilər. Burada əsas məsələ ondan ibarətdir ki, müştəri vaxtında eskpeditorla əlaqəyə girmək üçün vaxtında göndəriş almalıdır. Göndəriş olduğu halda ekspeditorla müştəri arasında münaqişə baş verərsə məhkəmə ekspeditorun xeyrinə işi uda bilər, yəni müştəri ekspeditora göstərdiyi şərtlərlə razıdır və onları qəbul edib. Əlavə olunan məktubda bildirilir ki, ekspeditorun fəaliyyəti bu şərtlərə əsaslanır. Bu fəaliyyət şərtləri göndərildikdən sonra ekspeditorlar bu şərtləri öz müştəriləri ilə həll etmək üçün onları diskusiyaya dəvət edirlər. Belə üsul köhnə müştərilərlə işləməyin ən effektiv üsuludur, ancaq bu üsulla yeni potensiallı müştəriləri cəlb etmək çətin olur.

 


Дата добавления: 2015-09-29; просмотров: 16 | Нарушение авторских прав




<== предыдущая лекция | следующая лекция ==>
Схема технологического процесса ремонта асинхронного двигателя | Данная книга предназначена только для предварительного ознакомления! Просим вас удалить этот файл с жесткого диска после прочтения. Спасибо. 1 страница

mybiblioteka.su - 2015-2024 год. (0.009 сек.)