Студопедия
Случайная страница | ТОМ-1 | ТОМ-2 | ТОМ-3
АвтомобилиАстрономияБиологияГеографияДом и садДругие языкиДругоеИнформатика
ИсторияКультураЛитератураЛогикаМатематикаМедицинаМеталлургияМеханика
ОбразованиеОхрана трудаПедагогикаПолитикаПравоПсихологияРелигияРиторика
СоциологияСпортСтроительствоТехнологияТуризмФизикаФилософияФинансы
ХимияЧерчениеЭкологияЭкономикаЭлектроника

Azərbaycanın musiqi mədəniyyəti tarixindən

Sənət adamları ilə əlaqədar hamıya yaxşı məlum olan belə bir fikir var. Deyirlər: sənəkarın necə sənətkar olduğunu sağlığında dəqiq müəyyən etmək çox çətindir. Sənətkara ən ədalətli qiymət ölümündən sonra verilən qiymətdir. Sözsüz ki, bu fikirdə müəyyən qanunauyğunluq var. Lakin həqiqətdən doğan hiss də güclüdür. Məgər incəsənət tarixində hələ sağlıqlarında özlərinə ədəbi heykəl ucaldanlar, ümumxalq məhəbbəti qazanıb elin, obanın sevimlisinə çevrilənlər azmı olub? Açığını deyək ki, Azərbaycan incəsənəti tarixində belələri istənilən qədərdir. Artıq hamının sevimlisinə çevrilmiş Üzeyir Hacıbəyov, Bülbül, Qara Qarayev, Niyazi, Fikrət Əmirov məhz belə sənətkarlardandır. Onlar hələ öz sağlıqlarında ümum xalq məhəbbəti qazanmış və bütöv bir xalqın fəxrinə, vüqarına çevrilmişlər.

Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir. Bununla yanaşı, Azərbaycan musiqisi qabaqcıl dünya mədəniyyətinin gözəl ən- ənələrindən də müəyyən dərəcədə təsirlənmiş, daha da inkişaf edərək müasir səviyyəyə çatmışdır.

Musiqi şən günlərdə, bayramlarda, iştərsə də ağır və iztirablı anlarda xalqa mənəvi dayaq olmuşdur. Azərbaycan musiqisi gələcəyə böyük inam hissi aşılayır və insanı cəsur, mübariz olmağa ruhlandıran motivlərlə zəngindir.

Azərbaycan musiqi mədəniyyətinin və xalq incəsənətinin çoxəsrlik ənənələri vardır. Görkəmli incəsənət ustaları, xüsusilə xalq xanəndələri bu ənənələri nəsildən- nəskə yaşadaraq böyük və zəngin bir irs yaratmışlar. Klassik xanəndələrin təcrübə və irsini not və səsyazma sayəsində öyrənmək isə yalnız bizim əsrdə mümkün olmuşdur.

Azərbaycanda, bütün türk dünyasında və müsəlman Şərqdə ilk operanı Ü. Hacıbəyov yazdı. Bu, böyük bəstəkarın 1908- ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası idi. Onun sayəsində Azərbaycan bütün müsəlman Şərqində opera yaradılan birinci ölkə oldu. Ü. Hacıbəyov həm də Azərbaycan musiqili komediyasının yaradlcısıdır. “O olmasın, bu olsun” və “Məşədi İbad ” musiqili komediyası onun şöhrətini daha da artırdı. Üzeyir bəy “Koroğlu” operası ilə bu sənətin zirvəsini fəth etmişdir. “Koroğlu” operası Niyazinin dirijorluğu ilə olduqca qeyri – adi təsir bağışlayırdı.

Maestro Niyazi həmçinin Müslüm Maqomayevin “Nərgiz” operasının, Qara Qarayevin “Azərbaycan süitası”nın və bir sıra simfonik əsərlərinin ilk dirijoru olmuşdur.

Niyazi 1930- cu illərdən başlayaraq kino və teatr musiqisi sahəsində diqqətəlayiq nümunələr yaratmışdır. O, “Almaz”, “Kəndlilər”, “Fətəli xan”, “Mahnı belə yaranır” kinofilmlərinə, “Dağılan tifaq”, “Pəri cadu”, “Vaqif” tamaşalarına musiqi bəstələmişdir.

Azərbaycan musiqi tarixində muğamların mövqeyi və əhəmiyyəti böyükdür. Bülbül muğamların inkişafını məhz xanəndəlik sənəti ilə bağlayırdı. O, haqlı olaraq göstərirdi ki. Azərbaycan klassik muğamlarının inkişaf tarixi onların ifaçıları ilə sıx bağlıdır. Səttar, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Seyid,Şuşinski, Xan Şuşinski görkəmli muğam ustaları idilər.

Xan Şuşinski daim xalq yaradıcılığından qidalanan xanəndə idi. Onun vətəni Şuşaya həsr etdiyi “Şuşanın dağları” mahnısı dillər əzbəri olmaqla yanaşı əlli ilə yaxındır ki, xanəndələrin repertuarından düşmür.

M. Füzulini, H. Cavidi, Ü. Hacıbıyovu, Cabbar Qaryağdıoğlunu, Bülbülü, Niyazini, S. Vurğunu, F. Əmirovu və Xanı yetirən bir millət bu cür istedadları yenə də yetirəcəkdir.

 


Дата добавления: 2015-10-26; просмотров: 124 | Нарушение авторских прав


Читайте в этой же книге: Классификация азербайджанских согласных звуков. | Самостоятельные части речи. | Kərpickəsən qoca | Azərbaycan | Грамматические темы. | Poçt qutusu | Изменение имен существительных по лицам в местном и исходном падежах. | Ah və xidmətçi | Qaraca qız |
<== предыдущая страница | следующая страница ==>
Ccedil;ƏRİŞƏHƏR| Uuml;zeyir Hacıbəyov

mybiblioteka.su - 2015-2024 год. (0.007 сек.)